“Arsenal” rəhbərliyi futbolçuları və məşqçiləri ilə məvaciblərin azaldılması ilə bağlı razılıq əldə edib.

Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. Razılığa əsasən, komandanın üzvlərinin maaşı 12,5 faiz kəsiləcək. Amma mövsüm bərpa ediləndən sonra komanda idman və maliyyə məqsədlərinə çatacağı halda, futbolçular və məşqçilərin pulu tam həcmdə qaytarılacaq. Bu da o deməkdir ki, mövsümün sonunda “topçular” Çempionlar Liqasına vəsiqə qazansa, onların əməkhaqqı bütövlüklə ödəniləcək.İndiki məqamda oyunçular və məşqçilər güzəştə getdiyinə görə klub öz təşəkkürünü bildirib.

Xatırladaq ki, premyer liqanın sonuna 9 tur qalmış “Arsenal” 40 xalla 9-cu yerdə qərarlaşıb.Çempionlar Liqasına vəsiqə verən 4-cü pillədən komandanı 8 xal ayırır.